Maye soyutmalı, 4-taktlı SOHC, 149 cc, tək slindirli, 2 klapanlı injektor sistemli mühərrik CVT transmissiya ilə təchiz olunub. BOSCH istehsalı yanacaq injektor sistemi yanma səmərəliliyini artırmaq üçün optimallaşdırılıb. Nəticədə yanacaq sərfiyyatı cəmi 100km-ə 2.5-2.7 litr təşkil edir
Kəskin dizaynlı ön hissə sağ və sol ayrı yerləşdirilmiş LED faralarla tamamlanaraq aqressiv və idman üslubunu vurğulayır. Səliqəli LED "qaş" işıqları isə əlavə sportiv görünüş yaradır. Arxa hissədə qısa nömrəlik dayağı axıcı dönmə siqnalları ilə birləşdirilib. Bölünmüş LED stop işığı skuterlər arasında seçilməsini təmin edir.
Oturacaqaltı saxlama bölməsi 30 litr həcmə malikdir və 3/4 ölçülü dəbilqəni rahat yerləşdirmək üçün kifayət qədər genişdir. Nəqliyyat vasitəsinin ön hissəsinin sol tərəfində 2.5 litrlik qapalı maqnitli saxlama qutusu nəzərdə tutulub. Qutunun daxilində 1 ədəd Type-A və 1 ədəd Type-C enerji/şarj portu yerləşir.
Smart açarı üzərinizdə daşıyaraq nəqliyyat vasitəsinə yaxınlaşdıqda və əsas açar düyməsini (main switch knob) çevrirdikdə mühərriki fiziki açardan istifadə etmədən işə salmaq mümkündür. Eyni zamanda, oturacaq bölməsi və yanacaq qapağı da əsas açar düyməsi vasitəsilə açılıb-bağlana bilir
Bu sistem nəqliyyat vasitəsi dayandıqda və ya svetoforda boş rejimdə işlədikdə mühərriki avtomatik söndürür. Bununla lazımsız yanacaq sərfiyyatı azalır və yüksək yanacaq qənaətinə töhfə verir.
Effektiv dayanma performansı üçün 150SC modeli ön və arxa hissədə 230 mm disk əyləclərlə təchiz olunub. Standart olaraq təqdim edilən ikikanllı ABS sistemi ideal olmayan yol şəraitində stabil və təhlükəsiz əyləcləməni təmin edir.










Add a footnote if this applies to your business
SAZMOTO MMC - "CFMOTO Azerbaijan" rəsmi nümayəndəsi.